Ukrayna ordusu rus qoşunlarını mühasirəyə aldı - Xersonda müdhiş əməliyyat

Ukrayna ordusu rus qoşunlarını mühasirəyə aldı - Xersonda müdhiş əməliyyat
Gündəm 07 Mart 2022 14:04

Martın 6-dan 7-nə keçən gecə Ukrayna ordusu Xerson yaxınlığındakı Çernobayevka aerodromuna mühasirəyə alıb. Düşəmnin aviaparkı məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Dəniz Piyadaları Komandanlığı məlumat yayıb.

“Düşmənin 30 helikopteri, canlı qüvvəsi və texnikası məhv edilib”, - məlumatda bildirilib.

Bununla bərabər, ötən sutka ərzində Bikolayevdə düşmənin 3 kolonu sıradan çıxarılıb. Ukrayna ordusu çoxlu, o cümlədən 7 ədəd D-20 haubitsası qənimət götürüb.