İsrailə raket atıldı, dərhal cavabı verildi
Gecə saatlarında Fələstin radikalları Qəzza zolağından İsrailə dörd raket atıb.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordunun mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağından İsrailə 4 yer-hava raketi atılıb. Üç raket havada vurulub, biri isə yaşayış olmayan əraziyə düşüb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatının Qəzza zolağındakı hərbi postlarına hücum edib”, - məlumatda deyilir.