Zəlzələdə 5 azərbaycanlı həlak olub – Şamil Ayrım

Zəlzələdə 5 azərbaycanlı həlak olub – Şamil Ayrım
Gündəm 13 Fevral 2023 10:22

Qəhrəmanmaraş və ətraf vilayətlərdə meydana gələn dağıdıcı zəlzələdə təəssüflər olsun ki, Can Azərbaycanın beş vətəndaşı həyatını itirib.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qeyd edib.

Millət vəkili həlak olan vətəndaşlarımızın ailələrinə səbir diləyib:

“Nailə Bünyadova, Rəna Xudaverdi, Sevinc Məmmədova, Leyla Eldar Karli və İlahə Həsənzadəyə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”.