Türkiyədə daha bir podratçı saxlanıldı

Türkiyədə daha bir podratçı saxlanıldı
Gündəm 11 Fevral 2023 15:51

Qaziantepdə zəlzələ nəticəsində dağılan “Ayşə-Mehmet Polat” yaşayış kompleksinin podratçısı Mehmet Ərtan Akay İstanbulda saxlanılıb.

Sitat.info xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Qeyd edək ki, ötən gün Antakya şəhərində yerləşən, zəlzələ nəticəsində dağılan “Renessans Residence”in podratçısı Mehmet Yaşar Coşqun da xaricə qaçmağa çalışan zaman saxlanılıb.