XİN başsağlığı verdi

XİN başsağlığı verdi
Gündəm 11 Fevral 2023 09:40

Azərbaycan Xarici İşlər Nazirliyi Şərqi Yerusəlimdə baş verən hücumla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir,  yaralananların tezliklə sağalmasını diləyirik”.