Ərdoğan yenidən zəlzələ bölgəsinə gedir

Ərdoğan yenidən zəlzələ bölgəsinə gedir
Gündəm 10 Fevral 2023 12:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərgörən bölgələrə səfərini davam etdirir.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu gün Adıyaman və Malatyaya səfər edəcək.

Türkiyə lideri həmin ərazilərdə görülən işlərlə tanış olacaq.

Xatırladaq ki, Ərdoğan bundan əvvəl zəlzələ nəticəsində dağıntıların baş verdiyi Kahramanmara, Hatay, Osmaniye, Qaziantep və Kilisə səfər edib.