Türkiyədə təxirə salınmış futbol matçlarının yeni tarixi açıqlanıb

Türkiyədə təxirə salınmış futbol matçlarının yeni tarixi açıqlanıb
İdman 09 Fevral 2023 20:40

Türkiyədə zəlzələ ilə bağlı təxirə salınmış futbol liqalarında oyunların yeni tarixi bəlli olub.

Sitat.info-nun məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Funksioner bildirib ki, Superliqa, I Liqa və digər çempionatlar martın 3-4 martda bərpa olunacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.