Adana və Qaziantepdəki soydaşlarımız təxliyə edilir

Adana və Qaziantepdəki soydaşlarımız təxliyə edilir
Gündəm 09 Fevral 2023 14:20

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“9 fevral saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından, saat 17:00-da isə Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək, - rəsmi məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatı ilə nəticələnib. Hazırda minlərlə insan dağıntılar altında qalıb. Axtarılan şəxslər arasında azərbaycanlılar da var. İndiyədək bir Azərbaycan vətəndaşınını meyiti dağıntılar altından çıxarılıb.