Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Gündəm 08 Fevral 2023 15:27

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkili Boris Titov, “Regnum” İnformasiya Agentliyinin sahibi Sergey Rudnov və digər bir sıra şirkətlərə sanksiyalar tətbiq olunub.