Azərbaycanın Xilasetmə Xidmətinin rəisi Kahramanmaraşdadır

Azərbaycanın Xilasetmə Xidmətinin rəisi Kahramanmaraşdadır
Gündəm 07 Fevral 2023 18:57

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Kahramanmaraş şəhərindədir.

Sitat.info xəbər verir ki, report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, axtarış-xilasetmə əməliyyatlarında şəxsən iştirak edir.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.