Stoltenberq NATO-nun yardım üçün səfərbər olduğunu deyib...

Stoltenberq NATO-nun yardım üçün səfərbər olduğunu deyib...
SİYASƏT 06 Fevral 2023 17:25

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədəki zəlzələ ilə bağlı açıqlama verib.

O bildirib ki, Türkiyə ilə tam həmrəyik: " Prezident Ərdoğan və Xarici İşlər Naziri Çavuşoğlu ilə əlaqə saxlayıram. Hazırda NATO müttəfiqləri dəstək üçün səfərbərdir" .

Stoltenberq tvitter hesabında episentri Kahramanmaraşın Pazarcık rayonu olan və ümumilikdə 10 əyaləti əhatə edən 7,7 bal gücündə zəlzələ ilə bağlı paylaşım edib.

Səid,

Sitat.info