Şvartseneqqer qəza keçirdi

Şvartseneqqer qəza keçirdi
Dünya 06 Fevral 2023 17:24

Hollivud aktyoru, Kaliforniyanın eks-qubernatoru Arnold Şvartseneqqer Los-Ancelesdə qəzaya düşüb.

Bu barədə Sitat.info xairic KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aşağı sürətlə hərəkət edən aktyorun avtomobilinin qarşısına velosipedçi xanım çıxıb. Qəza nəticəsində sonuncu yüngül xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Hadisədən sonra Şvartseneqqer zərəçəkmişin velosipedini təmirə aparıb.