“Ermənistan kömək göstərməyə hazırdır”

“Ermənistan kömək göstərməyə hazırdır”
Gündəm 06 Fevral 2023 13:50

“Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə və Suriyaya yardım göstərməyə hazırdır”.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz tviter hesabında yazıb. 

“Türkiyə və Suriyada çox sayda insanın həlak olması ilə nəticələnən dağıdıcı zəlzələ barədə xəbər məni kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Ermənistan kömək göstərməyə hazırdır”, - deyə Paşinyan qeyd edib.