Zəlzələ nəticəsində Hatayda qaz boru xətti partladı - VİDEO

Zəlzələ nəticəsində Hatayda qaz boru xətti partladı - VİDEO
Gündəm 06 Fevral 2023 10:14

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgələrdən xəbərlər gəlməyə başlayıb.

Sitat.info xəbər verir ki, Türkiyənin 10 şəhərində dağıntı və tələfatla nəticələnən zəlzələ Hatayda da qaz kəmərini sıradan çıxarıb.

Belə ki, Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış və daha sonra yanğın baş verib.

Yanğının davam etdiyi əraziyə BOTAŞ rəsmiləri də gəlib.

Bölgədə təhlükəsiz qaz axınını təmin etmək üçün işlər görülür./Baku.ws