Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula təxliyə ediləcək

Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula təxliyə ediləcək
SOSİAL 05 Mart 2022 20:05

"Sabah - martın 6-da Kiyevdən avtobusla Türkiyənin İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır".

Bu barədə "Report"a Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresi tərəfindən ödəniləcək:

"İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar. Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38".

Deputat onu da vurğulayıb ki, İstanbuldan Bakıya yollanmaq istəyənlər öz hesablarına gedə biləcəklər.