Türkiyənin hərbi bazasına raket hücumu edildi

Türkiyənin hərbi bazasına raket hücumu edildi
Gündəm 01 Fevral 2023 12:29

Türkiyə hərbçilərinin yerləşdiyi İraqın şimalındakı Zlikan hərbi bazası səhər saatlarında raket hücumuna məruz qalıb.

Sitat.info xəbər verir ki, bu barədə İraqın “Şəfəq Nyus” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hərbi bazaya təxminən 8 raket atılıb. Hazırda İraq təhlükəsizlik qüvvələri raketin buraxıldığı ərazini müəyyənləşdirməyə çalışır./Axar.az