Fransada sabah ölkə miqyasında kütləvi tətil gözlənilir - Pensiya islahatları geri çəkiləcəkmi?
Fransada pensiya islahatları əleeyhinə başlayan tətillər davam edir. Hökumətin pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılması barədə qərarından sonra müxtəlif sahələrdə işçilər tətilə başlayırlar.
Belə ki, Fransa Mülki Aviasiya Baş İdarəsi Parisdəki Orly hava limanında aviaşirkətlərin uçuş proqramlarının yüzdə 20-nin ləğv edilməsini istəyib.
Hökumətin pensiya islahatlarına etiraz olaraq müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə yanvarın 31-də ölkə boyu etiraz aksiyaları keçiriləcək.
Xatırladaq ki, baş nazir Elizabet Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmununu açıqlayıb.
Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını qeyd edərək, 2027-ci ildə tasm pensiya almaq üçün hər nəfərə 43 il sığorta haqlarının ödənilməsi tələbi olacağını qeyd edib.
Yanvarın 19-da pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlərə 1 milyondan çox adam qatıldığı halda, Fransanın ən mühüm 8 həmkarlar ittifaqı vətəndaşları yanvarın 31-də yenidən küçələrə çıxmağa çağırıb.
Nərgiz,
Sitat.info