Türkiyə Hakimlər Komitəsinə qadın sədr təyin edildi

Türkiyə Hakimlər Komitəsinə qadın sədr təyin edildi
MƏDƏNİYYƏT 30 Yanvar 2023 11:30

Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin sədri məlum olub. “Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Lale Orta təyin edilib.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Lale Orta istefaya vermiş Sabri Çeliki əvəzləyəcək.

63 yaşlı sabiq referi vaxtı ilə aşağı liqa, həm də Superliqada baş hakim kimi oyunlara təyinat alıb.