Sabahdan qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sabahdan qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
SOSİAL 28 Yanvar 2023 15:08

Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, yanvarın 30-u gündüz yağıntılarda fasilə olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.