Şəmkirdə yas mərasimində dava olub, bir nəfər bıçaqlanıb
Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.
Sitat.info Reportun Qərb bürosununa istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.