Şolts Rusiyanı Ukraynadakı əməliyyatı dərhal dayandırmağa çağırıb

Şolts Rusiyanı Ukraynadakı əməliyyatı dərhal dayandırmağa çağırıb
SİYASƏT 04 Mart 2022 21:35

 

Almaniya kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit bildirib.

Şolts söhbət zamanı Ukraynadakı vəziyyətdən həddindən artıq narahat olduğunu deyib.

Putin kansleri məlumatlandırıb ki, Rusiya və Ukrayna bu həftənin sonunda danışıqların üçüncü raundunu keçirməyi planlaşdırır.