“Sədərək” ticarət mərkəzindən təkzib gəldi: “Heç bir aksiya olmayıb"

“Sədərək” ticarət mərkəzindən təkzib gəldi: “Heç bir aksiya olmayıb\"
Gündəm 23 Yanvar 2023 14:59

Bu gün səhər saatlarında sosial şəbəkələrdə və bəzi saytlarda “Sədərək” ticarət mərkəzində sahibkarların  yeni vergi siyasətinə etiraz olaraq aksiya keçirməsi ilə bağlı xəbərlər yayıldı.

Bu barədə Sitat.info-ya açıqlama verən “Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim bildirdi ki, yayılan xəbərlər şayiədir və heç bir aksiya olmayıb. 

"Dövlət Vergi Xidməti  “Sədərək” ticarət mərkəzinə  gəlmişdi. Dövlət Vergi Xidməti  bütün respublika üzrə sahibkarlıq subyektlərinin  dislokasiyasını və bunun əsasında vergi sisteminin elektron xəritəsini hazırlayır. Onunla bağlı bütün respublika üzrə reydlər edirlər. Bu gün növbəti reyd  “Sədərək” ticarət mərkəzində keçirildi. Bununla bağlı şayiələr yayıldı ki, sahibkarlar aksiya keçirirlər. Televiziya kanalları da çəkiliş üçün gəlmişdi, onlar da gördülər ki, hər hansı aksiya yoxdur. Onlara da məlumat verdik. Aksiyalarla bağlı yayılan məlumatlar yanlışdır. Burada  yalnız Dövlət Vergi Xidməti vergi sisteminin elektron xəritəsini yaratmaq üçün gəlmişdilər. Sahibkarlar dövlətin keçirdiyi tədbirə niyə etiraz etsin ki..".

Məğrur,

Sitat.info