Sülhməramlılar Qarabağda uşaqlara yardım payladı

Sülhməramlılar Qarabağda uşaqlara yardım payladı
Gündəm 21 Yanvar 2023 14:13

Rusiya sülhməramlıları “Ayer Miatsek” beynəlxalq erməni xeyriyyə təşkilatı ilə birgə Qarabağda erməni uşaqlara humanitar yardım paylayıblar.

Sitat.info xəbər verir ki, bu barədə sülhməramlıların Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, humanitar yardım 2426 uşağa çatdırılıb.

Uşaqlara ərzaq bağlamalarının verildiyi bildirilib.