Amerikalıların 60 faizi Baydeni dəstəkləmir
Yanvarın 13-15-də ABŞ-da Reuters/Ipsos-un keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 60 faizi ABŞ prezidenti Co Baydenin prezidentliyini dəstəkləmir.
Prezidentliyə gəldiyi gündən bəri Kovid-19 epidemiyası və yüksək inflyasiya rəqəmləri ilə mübarizə aparan Baydenə ictimai dəstək 2022-ci ilin may və iyun aylarında 36 faizə qədər azalıb.
Prezident Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində "namizəd olmaq niyyətində olduğunu" açıqlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Amerika mətbuatının yazdığına görə, 80 yaşlı Bayden fevralın 7-də gözlənilən çıxışından sonra namizədliyini rəsmən elan edəcək.
Səid İsaoğlu,
Sitat.info