Ölən erməni əsgərlərin valideynləri aksiya keçirir - Canlı

Ölən erməni əsgərlərin valideynləri aksiya keçirir - Canlı
Gündəm 20 Yanvar 2023 13:13

44 günlük müharibə zamanı ölən erməni hərbçilərin valideynləri Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında etiraz aksiyası keçirirlər.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onlar sentyabrın 21-də Yerablur hərbi panteonunda baş vermiş insidentlə bağlı istintaqın çox ləng getməsindən, araşdırmanın dayandırılmasından şikayətlənirlər.

Qeyd edək ki, ötən ilin sentyabrın 21-də Yerablurda ölən erməni hərbçilərin valideynlərinə polis tərəfindən zorakılıq edilib. Cinayət işi başlansa da, indiyədək heç kim məsuliyyətə cəlb edilməyib.