“Azərbaycanda hazırda dərman qıtlığı yoxdur” - Nazir

“Azərbaycanda hazırda dərman qıtlığı yoxdur” - Nazir
Gündəm 20 Yanvar 2023 09:56

“Azərbaycanda hazırda kəskin dərman qıtlığı yoxdur”.

“Sitat.info” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dünyada baş verən müharibələr nəticəsində ənənəvi logistik zəncirlərin qırılması dərman istehsalında xammalın, dərman ləvazimatlarının nisbətən azalmasına gətirib çıxarıb.

“Buna baxmayaraq, ölkəmizdə dərman qiymətlərinə nəzarət olunur”, - Teymur Musayev vurğulayıb.