İngiltərədə ərzaq qiymətlərində son 45 ilin ən kəskin artımını müşahidə edilir

İngiltərədə ərzaq qiymətlərində son 45 ilin ən kəskin artımını müşahidə edilir
TƏHSİL 19 Yanvar 2023 22:20

İngiltərədə ərzaq qiymətlərində son 45 ilin ən kəskin artımını müşahidə edilib. 

2022-ci ilin dekabr ayında İngiltərədə ərzaq qiymətləri 16,8% ilə son 45 ilin ən kəskin artımını səvyyəsinə qalxıb.

Sitat.info xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, ötən ilin dekabrında ölkədə ərzaq məhsullarının qiymətləri illik bazda 16,8 faiz artıb. Sözügedən nisbət 1977-ci ilin sentyabrından bəri ən kəskin artım kimi qeydə alınıb.

 İngiltərədə ərzaq qiymətlərində ən yüksək illik qiymət artımı süd, şəkər, cem, bal və şokolad məhsullarında qeydə alınıb. Keçən ilin dekabr ayında südün qiyməti 50 faiz, şəkər tozunun qiyməti 43 faiz, pendirin qiyməti 33 faiz, yumurtanın qiyməti 30 faiz artıb. Ölkədə inflyasiya son 41 ilin ən yüksək səviyyəsindədir.

İngiltərə Bankı  keçən ay yüksək inflyasiya ilə mübarizə məqsədilə faizinin siyasət 50 bənd artırılaraq 3,50 faizə çatdırıldığını açıqlamışdı.

Bazarlar bankın inflyasiyanın qarşısını almaq üçün fevralın 2-də keçiriləcək iclasda faiz dərəcəsini daha 50 baza bəndi artıracağını gözləyir.

Nərgiz,

Sitat.info