Təhsil Nazirliyi müəllimə hörmətsizlik edən şagirdlərlə bağlı araşdırma başlatdı

Təhsil Nazirliyi müəllimə hörmətsizlik edən şagirdlərlə bağlı araşdırma başlatdı
Gündəm 25 Yanvar 2022 11:47

Bu gün sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi ilə bağlı görüntü yayılıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.