"Deputatlar parlamentdə vaxt öldürürlər" - Elxan Şahinoğludan sərt tənqid - VİDEO

\"Deputatlar parlamentdə vaxt öldürürlər\" - Elxan Şahinoğludan sərt tənqid - VİDEO
SİTAT TV 19 Yanvar 2023 12:53

"Parlamentdə 125 millət vəkili var. Ancaq cəmi 20-25 deputatın ictimai-siyasi proseslərdə aktiv olduğunu görürük.

Qalanlarının fəaliyyətini görmürük, ancaq vaxt öldürməklə məşğuldurlar. Siz və ya mən neçə millət vəkili tanıya bilərik? Masamızın üzərinə fotolarını qoysalar, maksimum 25 deputat tanıyarıq.

Ona görə ki, aktual, prinsipial məsələrlə bağlı fikir bildirmirlər".

Bu sözləri "Sitat tv" nin canlı yayınında qonaq olan politoloq Elxan Şahinoğlu deyib.

Sitat.info həmin videoparçanı təqdim edir:

Məğrur,

Sitat.info