Güneydə zəlzələ oldu, Naxçıvanda hiss olundu

Güneydə zəlzələ oldu, Naxçıvanda hiss olundu
Gündəm 19 Yanvar 2023 10:40

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub.

Bu barədə Sitat.info-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb.

Yeraltı təkanlar Naxçıvanda 3 bala qədər hiss olunub.