Xakerlər 425 milyon dollarlıq kriptovalyuta oğurladılar
Kriptovalyuta birjası FTX, təxminən 415 milyon dollar dəyərində kriptovalyutaların hakerlər tərəfindən oğurlandığını açıqladı.
Şirkətin likvid aktivlərinin 5 milyard dollardan çoxunun bərpa edildiyini xatırladan FTX, həm beynəlxalq, həm də ABŞ kriptovalyuta birjalarında kəsirin davam etdiyini bildirib və kəsirin bir hissəsini hakerlər tərəfindən oğurlanan məbləğlə əlaqələndirib.
2022-ci ilin noyabr ayının əvvəlində likvidlik problemi yaşamağa başlayan FTX, 11 noyabr 2022-ci ildə ABŞ-da iflas prosesinə başladı və şirkətin top meneceri (CEO) Sam Bankman-Fried də istefa verdiyini açıqladı.
2022-ci il dekabrında saxlanılan Bankman-Frid yanvarın 3-də keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən “fırıldaqçılıq” ittihamlarını rədd edib. Qeyd edək ki, müştəri vəsaitlərində təxminən 8 milyard dollar itirilib.
Seymur,
Sitat.info