Şahruddin əməliyyat olunacaq, Abbas üçün mövsüm bitdi

Şahruddin əməliyyat olunacaq, Abbas üçün mövsüm bitdi
İdman 17 Yanvar 2023 15:10

“Qarabağ”ın zədələnən futbolçuları Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovun son durumu bəlli olub.

“Sitat.info” xəbər verir ki, Ş.Məhəmmədəliyevin yaxın günlərdə əməliyyat ediləcəyi gözlənilir. Qolkiper 2 aya yaxın meydana çıxa bilməyəcək.

“Qarabağ”ın zədələnən digər futbolçusu Abbas Hüseynov da əməliyyat olunacaq. O, 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov  “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə görüşünü buraxacaq.