Prezidentin BƏƏ-yə səfəri başa çatdı

Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Gündəm 16 Yanvar 2023 14:21

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 16-da başa çatıb.

"Sitat.info" xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.