Tesla satışları artırmaq üçün qiymətləri endirdi
Elektrikli avtomobil istehsalçısı Tesla satışlarını artırmaq üçün ABŞ və Avropada qiymət endirimlərinə getdi.
ABŞ-da qiymət endirimləri avtomobilin modelindən asılı olaraq 6 faizdən 20 faizə, Almaniyada isə 17 faizə çatıb. Teslanın qiymətləri Avstriya, İsveçrə və Fransada da endirilib.
Qeyd edək ki, Tesla səhmləri 4% ucuzlaşıb. Qiymətin aşağı salınması xəbərindən sonra Tesla-nın səhmləri 4 faizə yaxın dəyər itirib.
Ötən həftə Çində qiymətləri endirən Tesla, endirimdən əvvəl avtomobil alan müştərilərdən mənfi reaksiya alıb.
Səid İsaoğlu,
Sitat.info