Paşinyan və Vardanyan arasında gərginlik: Qarabağ ermənilərinin bir yolu qalır...
"Paşinyan separatçılara deyib ki, Laçın yolu məsələsində onlara “hüquqi və maliyyə” yardımından başqa heç nə edə bilməzlər. Vardanyanın bu barədə açıqlaması separatçıların düşdüyü vəziyyətin də etirafıdır: Rusiya sülhməramlıları proseslərə müdaxilə edə bilmir; Ermənistan yaxasını kənara çəkir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Ruben bu açıqlaması ilə Ermənistan hakimiyyətini hədəfə alır: "O, həm də ermənilərin qondarma rejim ətrafında sıx birləşməsinə nail olmaq istəyir. Hərçənd, bu açıqlamadan erməni əhalisinin çıxara biləcəyi bir nəticə də var: onların Bakıdan başqa üz tuta biləcəkləri yer qalmır".
Məğrur,
Sitat.info