Bakının mərkəzində ağır qəza - Avtomobil aşdı + Video

Bakının mərkəzində ağır qəza - Avtomobil aşdı + Video
Gündəm 12 Yanvar 2023 15:58

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“Sitat.info” xəbər verir ki, 8 Noyabr prospektində iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri sürücünün idarəeməsindən çıxaraq aşıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.

Xəsarət və ya ölüm faktı ilə bağlı hələlik məlumat yoxdur.

/Qafqazinfo