Bu ölkədə polislər ayağa qalxdı: Maaş artımı tələb etdilər...
Belçikanın paytaxtı Brüsseldə yüzlərlə polis maaşlarının artırılması və pensiya hüquqlarının yaxşılaşdırılması tələbi ilə nümayiş keçirib.
Birliklərin mavi, yaşıl və qırmızı rəngli jiletlərini geyinən polis Federal Polis İdarəsinin qarşısındakı küçəni bağlayıb.
Aksiyaya çoxlu motosikletçi və mülki geyimli polis qatılıb. Məhəllədə məşəl alovlandıran polislər federal hökumətdən maaşların artırılmasını və pensiya şərtlərinin yaxşılaşdırılmasını tələb ediblər.
Xatırladaq ki, Belçikada polislər tez-tez maaş və pensiya ilə bağlı etiraz aksiyaları keçirir.
Polislər uzun illərdir ki, maaşlarının artırılmamasına, vəzifələrini ağır iş kateqoriyasından çıxarılmasına və pensiya yaşının artırılmasına etiraz edirlər.
Nərgiz,
Sitat.info