Çin Yaponiya vətəndaşlarına viza verilməsini dayandırdı
Çin, Yaponiyanın tətbiq etdiyi Covid-19 məhdudiyyətlərinə cavab olaraq Yaponiyadan gələn səyahətçilər üçün vizaların verilməsini dayandıracaq.
Çinin Tokiodakı səfirliyi, Yaponiyanın Covid-19 hallarının artması səbəbindən Çin vətədaşlarına qoyduğu məhdudiyyətlərə cavab olaraq, bu gündən etibarən Yaponiya vətəndaşlarına viza verilməsini dayandıracağını açıqladı.
Yaponiya Çindən gələn sərnişinlərin test nəticəsi mənfi olması şərti ilə ölkəyə daxil olmasına icazə verir, Çindən bəzi şəhərlərinə uçuşları məhdudlaşdırır.
Səid İsaoğlu,
Sitat.info