Azərbaycan və Tacikistan parlamentləri əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan və Tacikistan parlamentləri əməkdaşlıq sazişi imzalayacaq
Gündəm 03 Mart 2022 17:50

Azərbaycanla Tacikistan parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli martın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Rüstəm Emoməli iki ölkə parlamentləri arasında əməkdaşlıq haqqında sazişin imzalanacağını qeyd edib.