Şarl Mişel Rusiyanın atəşkəs bəyannaməsini “saxta” adlandırdı
Avropa İttifaqı Rusiyanın pravoslavların Milad bayramı ilə əlaqədar Ukraynadakı müharibədə müvəqqəti atəşkəs elan etməsini "yalan və ikiüzlülük" kimi qiymətləndirib.
Kremli təcavüzkar, Ukrayna xalqını isə qurban kimi qiymətləndirən Mişel sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün yeganə variantın Rusiya qoşunlarının Ukraynadan çıxarılması olacağını bildirib.
"Birtərəfli atəşkəs elanı qanunsuz və çirkin ilhaqlar və onu müşayiət edən referendumlar qədər saxta və ikiüzlüdür", - Mişel bildirib.
Xatırladaq ki, Putin Rusiya Müdafiə Nazirliyinə pravoslav Milad bayramı münasibətilə yanvarın 6-da saat 12:00-dan etibarən Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş vermişdi.
Seymur,
Sitat.info