Bu ölkə Ukraynaya tanklar göndərir

Bu ölkə Ukraynaya tanklar göndərir
Dünya 05 Yanvar 2023 13:17

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya yüngül tanklar göndərəcəyini açıqlayıb.

Sitat.info-nun məlumatına görə, Makron “Twitter” hesabından verdiyi açıqlamada Ukraynaya dəstəyinin Avropaya sülh qaytarılana qədər davam edəcəyini bildirib.

O, Fransanın Ukraynaya neçə yüngül tank göndərəcəyini açıqlamayıb./Manset.az