"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yandı

\"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yandı
HADİSƏ 03 Yanvar 2023 15:06

Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.