Azərbaycanlı gənc qız İngiltərədə itkin düşdü - FOTO

Azərbaycanlı gənc qız İngiltərədə itkin düşdü - FOTO
Gündəm 03 Yanvar 2023 12:00

Böyük Britaniyada azərbaycanlı gənc qız itkin düşüb. 

Sitat.info xəbər verir ki, bu barədə gənc qızın yaxınları sosial şəbəkələrdə yazıblar. Əliyeva Fəridə Elman qızının oxuduğu Mançester şəhərində yoxa çıxdığı deyilir.

Yaxınları dekabrın 27-də polisə müraciət ediblər. Axtarışlar hazırda davam edir.

/Baku.ws