BMT: Ukraynadan qaçqın düşənlərin sayı 1 milyonu ötüb

BMT: Ukraynadan qaçqın düşənlərin sayı 1 milyonu ötüb
Dünya 03 Mart 2022 09:28

Son 7 yeddi gün ərzində Ukraynanı tərk edənlərin sayı açıqlanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.

“Cəmi yeddi gün ərzində biz 1 milyondan çox qaçqının Ukraynanı tərk edib qonşu ölkələrə keçdiyinin şahidi olduq”, - Qrandi “Twitter” hesabında paylaşım edib.