Sülhməramlıların daha iki avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib

Sülhməramlıların daha iki avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib
Gündəm 31 Dekabr 2022 12:38

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

“Sitat.info” xəbər verir ki, bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın keçirilməsinə baxmayaraq, sözügedən yol humanitar məqsədlər üçün açıqdır./Qafqazinfo