Çində dinozavr qabırğaları aşkarlandı

Çində dinozavr qabırğaları aşkarlandı
MƏDƏNİYYƏT 30 Dekabr 2022 16:52

Çinin Yunnan əyalətinin yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, 2020-ci ilin sonundan bəri 9 yerdə dinozavr qalıqları tapılıb.

Sitat.info xəbər verir ki, Lufeng şəhərində aparılan qazıntılar zamanı dinozavr qalıqları aşkar edilib.

Qalıqların bir dinozavrın qabırğası olduğu deyilir. Lufeng Dinozavr Qalıqlarının Qorunması və Tədqiqat Mərkəzinin direktoru Vanq Tao qazıntılar haqqında “Ən çətin hissəsi qabırğaların qazılmasıdır. Onlar nazik və kövrək olduqları üçün bəziləri artıq köhnəlib. Onların bütövlüyünü qorumaq üçün əvvəlcə onlara bir neçə dəfə yapışqan səpdik. Yapışqan sərtləşdikdən sonra  qabırğaları çıxartmaq  daha asan olacaq”.

Çin Elmlər Akademiyasının Onurğalılar Paleontologiyası İnstitutundan You Hailu deyib ki, tapdığımız qabırğalar o dövrdə bu dinozavrların həyatın necə olduğunu anlamaq baxımından çox əhəmiyyətlidir" dedi.

Səid İsaoğlu,

SİTAT.İNFO