Qərb Rusiyanı mühasirəyə almaqla nüvə güclərini münaqişəyə sürükləyir" - Lavrovdan TƏHDİD
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanı tamamilə mühasirəyə alma siyasətinin son dərəcə təhlükəli olduğunu bəyan edib. O vurğulayıb ki, bu siyasət nüvə güclərini birbaşa silahlı münaqişəyə sürükləyir
O bildirib ki, ABŞ-ın isti müharibədən həm iqtisadi, həm hərbi, həm də strateji baxımdan maksimum fayda əldə etməyə çalışır.
Pentaqonun Ukrayna ordusunun ehtiyacları üçün limiti götürdüyünü və bunu anti-Rusiya ittifaqının digər üzvlərindən də tələb etdiyini qeyd edən Lavrov deyib ki, ABŞ münaqişənin uzanması və zorakılığın daha da genişlənməsi üçün hər şeyi edir.
Lavrov bildirib ki, münaqişələrin müddəti ilə bağlı top Kiyevdədir, bunun arxasında isə Vaşinqton rəhbərliyi durur: "Mənasız müqaviməti hər an dayandıra bilərlər". Rusiyanın Ukraynadan gələn təhdidləri aradan qaldırmaq, bölgəni silahsızlaşdırmaq və nasistlərdən təmizləmək tələbini irəli sürən Lavrov, əks halda qərarın Rusiya ordusu tərəfindən veriləcəyini bildirib.
Məğrur,
SİTAT.İNFO