Heç bir telekanala maliyyə yardımı edilməyəcək

Heç bir telekanala maliyyə yardımı edilməyəcək
Gündəm 26 Dekabr 2022 11:31

Bu il telekanalların borcları yoxdur. Ona görə də heç bir kanala maliyyə yardımı edilməyəcək.

Sitat.info xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bütün telekanallar öz borclarını ödəyə biliblər.