Beyləqanda qətl törədildi

Beyləqanda qətl törədildi
Gündəm 23 Dekabr 2022 16:47

Bu gün saat 16:10 radələrində Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Sitat.info-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.