ABŞ-da bütün amerikalıları öldürə biləcək həcmdə narkotik ələ keçirildi
ABŞ-ın Narkotiklə Mübarizə İdarəsi 2022-ci ilin məlumatlarını açıqlayıb. Məlumata görə, ələ keçirilən 50,6 milyon fentanil əlavəli dərman və 4,5 tondan çox fentanil tozunun həcmi əvvəlki ilə nisbətən iki dəfə çoxdur.
Qurumun direktoru Anne Milgram bildirib ki, bu il bütün amerikalıları öldürmək üçün kifayət edəcək fentanil ələ keçirilib: "DEA-nın əsas əməliyyat prioriteti amerikalıları öldürən fentanildən məsul olan Meksika Sinaloa və Jalisco narkotik kartellərinə qarşı mübarizə aparmaqdır" dedi Milgram.
Sinaloa və Jalisco kartelləri tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilən fetanilin böyük hissəsi Meksikadakı gizli müəssisələrdə, əsasən Çindən gətirilən kimyəvi maddələrlə birlikdə kütləvi istehsal olunur.
Ölüm təhlükəsi böyük olan fentanilin heroindən 50 dəfə güclü olduğu bilinir. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi qələmin ucu boyda olan cəmi 2 milliqram fentanilin ölümcül olduğunu açıqlayıb.
Seymur,
Sitat.info